Rəqsanə və anası əməliyyat olunacaqlar

Rəqsanə və anası əməliyyat olunacaqlar

Ötən gün Moskvadan Türkiyəyə səfər edən müğənni Rəqsanə hələ ki, orada planlaşdırdığı sənət işlərinə fasilələrlə davam edəcək. Sənətçinin səhhətində yaranan problem onu bu qərara vadar edib. Təfərrüatı ilə danışmaq istəməyən Rəqsanə bu günlərdə ağır əməliyyat keçirəcək. SİA-ya açıqlama verən Rəqsanə keçirdiyi əməliyyat haqqında məlumat verib: "Ancaq bunu deyə bilərəm ki, ağır əməliyyat keçirəcəm. Məndən sonra anam əməliyyat olmalıdır. İnşallah sağ-salamat ayağa duraq, Türkiyədə planlaşdırılan və son səfərimdə yarıda qoyduğum sənət işlərimi tamamlayacam. Albom hazırlıqları bitəcək və bunun ardınca klip çəkilişi başlayacaq. Onu da deyim ki, qızım Aysunu da özümlə aparmışam. Çünki qızım əməliyyat zamanı yanımda olmaq istədi. Həm də planlaşdırdıq ki, Aysunun moda sərgisi üçün nəzərdə tutulan parçaları alaq. Eyni zamanda o, bir çox tanınmış modaçılarla görüşəcək. Görüş üçün danışıqlar aparılıb. Hazırda Aysuna Moskvada dizayn dərsləri keçilir".

Bütün xəbərlər Facebook səhifəmizdə