Azərbaycanlı müğənni Roza Zərgərli Ümummilli Lider Heydər Əliyevin 90-illiyinə həsr olunmüş "Ulu Öndər" mahnısını ifa edib. SİA-nın verdiyi məlumata görə, mahnının musiqisi müğəninin özünə, sözləri isə Sənan Məmmədzadəyə aiddir. Roza Zərgərli ilk dəfə bu mahnını, cəbhə xəttində, bayram konsertləri zamanı ifa edib.
Qeyd edək ki, mahnı orkestranın və xorun müşayiəti ilə yazılıb. Bu layihədə müğənni ilə yanaşı Sahil Əliyev, Elçin Əhmədov, Sənan Məmmədzadə, Pərviz Əlikramoğıu, Aqşin Abdullayev və Cavid Musayev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB