Sevilən aktrisa vəfat edib

Türkiyəli məhşur aktrisa Gül Yalaz dünən axşam vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa beyin qanaması ilə keçən ay xəstəxanaya yerləşdirilmişdi. Ancaq həkimlərin səylərinə baxmayaraq, dünən axşam 74 yaşlı aktrisa həyatını itirib. Sabah aktrisanın Şişli Məscidində cənazə namazı oxunacaq.

Qeyd edək ki, aktrisa Gül Yalaz "Çöpçüler Kralı", "Şalvar Davası" ve "Sultan" filmlərindəki obrazları ilə tamaşaçıların yaddaşında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə