Müğənni həbs olundu

Amerikalı müğənni Lauryn Hill vergidən yayındığı üçün həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 37 yaşlı Grammy mükafatı almış müğənni Hill, 2005-2007-ci illərdə qazancından 1.8 milyon dollar vergi ödəmədiyi üçün 6 ay həbs cəzasi alıb. 3 ayını isə ev şəraitində keçirəcək.

Hill vergini ödəyə bilməməsinin səbəbini hakimə belə açıqlayıb: "6 uşağımın olmasına baxmayaraq, musiqi kariyerasına son qoymuşam. İşləmədiyim üçün də vergini ödəyə bilmirəm".

Qeyd edək ki, amerikalı müğənni Lauryn Hill 1998-ci ildə "The Miseducation of Lauryn Hill" adlanan solo albomunu çıxarıb. Albom beş Grammy mükafatı qazanaraq dünyada 19 milyondan çox satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə