Aparıcı: “Hamilə deyiləm”

Türkiyəli məhşur aparıcı Songül Karlı bir neçə gün əvvəl verilişində hamilə olduğu haqqında açıqlama vermişdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aparıcı hamiləlik xəbərinin yalan olduğunu bildirərkən ağlayıb: "Ətrafdakılar o qədər hamilə olduğumnan danışırlar ki, mən də özümü buna hazırlamışdım. Lakin hamilə deyiləm".

Daha sonra Songül Karlının həyat yoldaşı Metin Yüncü canlı efirə qoşularaq arvadı Songül Karlının ağladığına pis olduğunu deyib: "Çox şükür sağ-salamatıq. Heç nəyə görə ağlamağa dəyməz. Sən kədərlənəndə mən də pis oluram".

Qeyd edək ki, aparıcı Songül Karlı və həyat yoldaşı iş adamı Metin Yüncü ötən il ailə həyatı qurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə