Əməkdar artist yenidən oxuyacaq

Bu həftə Azərbaycanın əməkdar artisti Azərin Türk səhnəsində yaz küləyi əsdirəcək. SİA-nın verdiyi xəbərə görə, "Azərinlə bir avaz" verilişində Tatarıstanın Kazan şəhərindən Gülnaz Batalova, İrakdan ( Erbil şəhərindən) Valid Farhan Yasim qonaq olacaqlar. Hər zamankı kimi veriliş boyu ortaq türk dünyasının mədəniyyətindən, xüsusilə də Azərbaycan musiqisindən, poeziyasından söhbət açılacaq.

Qeyd edək ki, Azərin növbəti qonaqları üçün də Azərbaycan mahnıları səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə