May ayının 4-də yol polisinin keçirdiyi reyd zamanı azərbaycanlı müğənni Tunar Rəhmanoğlu saxlanılıb. Polisin qanuni tələbinə məhəl qoymayan müğənni idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməkdən imtina edib. Bu zaman yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanıb. T.Rəhmanoğlu yol polisinə müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T.Rəhmanoğlunu saxlayaraq barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar. Məhkəmənin qərarı ilə T.Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə, həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.
Məsələni dəqiqləşdirmək üçün ifaçının prodüsseri Zaurla telefon əlaqəsi yaratdıq. SİA-ya açıqlama verən Zaur Tunar haqqında yayılan xəbərə aydınlıq gətirdi: "Tunar Rəhmanoğlu dünəndən Binəqədi rayonunda polis idarəsində saxlanılır. Buna səbəb isə onun yol hərəkət qaydalarını pozmasıdır. Hətta sənətçinin sürücülük vəsiqəsi də əlindən alıb. Hazırda araşdırmalar davam etdirilir".
Qeyd edək ki, müğənni Tunar Rəhmanoğlu azəri qızı Günelin qardaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB