Aktyor aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişdi

Aktyor aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişdi

Türkiyəli aktyor və model Halit Arslan dünyasını dəyişib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onun ölümünə səbəb küçə davası olub. 24 yaşlı Halit öz sevgilisi ilə yaşadığı binanın liftinə minmək istəyərkən qonşusu Emre, aktyorun sevgilisinə söz atıb. Bundan qəzəblənən Halit "Mənim sevgilimə niyə baxırsan? " -deyə əsəbi halda soruşub. Daha sonra qonşusu üzr istəmək üçün Halit Arslana zəng edərək görüşmək istəyib. Görüşə gedən aktyor qonşusu Emre və dostları tərəfindən bıçaqlanıb. Hadisəyə müdaxilə etmək istəyən aktyorun dostu da 6 bıçaq zərbəsi ilə həyatını itirib.

Qeyd edək ki, Halit Arslan 3 xəstəxanaya aparılsa da həyatını qurtarmaq mümkün olmayıb.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə