Xalq artisti sənətçilərin gizli üzünü açdı EKSKLÜZİV

Xalq artisti sənətçilərin gizli üzünü açdı EKSKLÜZİV

Hər kəsin "Teymur əmi" kimi tanıdığı Azərbaycanın xalq artisti Teymur Mustafayev incəsənət nümayəndələrindən söz açıb. O, sənətçilərin tamaşaçıları əyləndirmək üçün yarandıqlarını söyləyib. SİA-ya açıqlama verən xalq artisti incəsənət aləmində olan insanların şəxsi həyatlarında tam başqa xasiyyətə malik olduqlarını da xüsusilə diqqətə çatdırıb: "Biz səhnə adamları tamaşaçıların rəğbətini qazanmalıyıq. Çünki səhnəyə çıxan zaman onların alqışlarını eşitmək bizim üçün çox önəmlidir. Bizi sevənləri tək ifamızla deyil, həm də rəqsimizlə onlarda xoş əhval-ruhiyyə yaratmalıyıq. Onu da nəzərinizə çatdırım ki, incəsənət adamları şəxsi həyatların da başqa xasiyyətə sahibdirlər".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə