Özcan Dənizə yalançı dedi

Türkiyənin məhşur müğənnisi Özcan Dəniz aktrisa Wilma Elles haqqında maraqlı xəbər verib. Özcan Dənizin dediyinə görə, sözügedən aktirasının tanınmadığına görə onunla eyni kinoya çəkilməkdən imtina edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri eşidən alaman əsirli Wilma yazılanları inkar edib: "Özcan mənə filmində oynamağı təklif edib. Ancaq kim olduğunu bilmədim. Kərəm adlı dostum mənə onun yaxşı ifaçı olduğunu dedi. Lakin vaxtım olmadığı üçün qəbul etmədim.O, çox yalançı insandır".

Qeyd edək ki, müğənni Özcan Dəniz hələ ki, onun haqqında deyilən sözlərə cavab verməyib.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə