Model keçmiş sevgilisindən danışmaq istəmədi

Model keçmiş sevgilisindən danışmaq istəmədi

Türkiyəli məhşur model Azra Akın vətəninə qayıdıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sevgilisi Kıvanç Tatlıtuğdan ayrılan model 2 ay Kubada qalıb. Qayıtdıqdan sonra jurnalların birinə müsahibə verərək 12 il sevgili olduğu aktyor Kıvanç Tatlıtuğ haqqında danışmaq istəməyib. O, artıq sevgiyə inamını itirdiyini bildirib. Hazırda həyatında hər şeyin qaydasında olduğunu dilə gətirən Azra 2 ay Kubada olan zaman rəqs etməyi və ispan dilini öyrəndiyini söyləyib.

Qeyd edək ki, Türkiyəli model Azra Akın 11 il əvvəl "Dünya gözəli"müsabiqəsinin qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə