Humay Qədimova solo konsert keçirib

İstedadlı musiqiçi, Humay Qədimovanın Beynəlxalq Muğam Mərkəzində "Oxu tar" adlı solo konsert proqramı baş tutub. SİA-nın verdiyi xəbərə görə, Humayın müəllimi Malik Mansurovun böyük dəstəyi ilə ərsəyə gətirdiyi konserti uğurla keçib. Təbrinin başlanğıcında çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Humayın tələbəlik illərindən istedadına inandığını bildirib: "O, tələbə yoldaşları arasında seçilirdi. Onun irəliləyən zamanda musiqi həyatını bu cür təsvir edirdim. Artıq 3-cü konsertini verir. Ona hər zaman dəstəyik və uğurlarının davamını gözləyirik".

Qeyd edək ki, Humayı Qədimovanı kamançada Aysu Sadıqova, qanunda Qalib Həşimov, nağarada Ramin Abdullayev müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə