Müğənnini həmkarlarından yan gəzdirən səbəb

Müğənnini həmkarlarından yan gəzdirən səbəb

Şou-biznes nümayəndəsi, ifaçı Sevinc Ağaşirinova həmkarlarından uzaq gəzməyinin səbəbini açıqlayıb. Sevinc həmkarlarının danışdığı söhbətə şahid olmaq istəmədiyini dilə gətirib. SİA-ya açıqlama veren xanım Ağaşirinova yalnız onları dinlədiyini söyləyib: "Şou-biznes nümayəndələrindən kənar gəzməyimə səbəb bəzi söhbətlərdən çəkinməyimdir. Həmkarlarım yanımda bəzi müğənnilərin müzakirəsini edərək, olmayan sözləri danışırlar. Mən isə bu söhbətlərə şahid olmaq istəmirəm. Onları yalnız dinləməklə kifayətlənirəm, çünki, mənə artıq qalmaqallar lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə