Anasının öldüyü gün səhnəyə çıxdı

Anasının öldüyü gün səhnəyə çıxdı

Türkiyəli məhşur müğənni Candan Erçetin ötən gün 86 yaşlı anasını itirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi həmin günün gecəsi mükafatlandırma mərasimində iştirak edib. Anasının ölümünə rəğmən həmin gün səhnəyə çıxmasına səbəb ifaçının qabaqcadan söz verməsi olub. Müğənni mərasimdə əsasən lirik mahnılara üstünlük verib. Kədəri gözlərindən məlum olan sənətçi konsertdə "Annem" mahnısını ifa etməyi də unutmayıb.

Qeyd edək ki, Candan Erçetin 12 may tarixində "Analar günü" münasibətilə konsert proqramı ilə çıxış edəcək.

Zaurə

Bütün xəbərlər Facebook səhifəmizdə