Məhşur cütlük ayrıldı

Türkiyəli məhşur aktrisa Aslı Tandoğan və aktyor Teoman Kumbaracıbaşı ayrılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu xəbəri eşidən hər kəs təəccüblənib.

Nəzərinizə çatdıraq ki, aktrisa keçən il müsahibələrinin birində sevgilisini çox sevdiyini dilə gətirmişdi: "Teomanı çox sevirəm. Onunla nə vaxtsa ayrılsaq belə, hər zaman ailəmin üzvü olacaq".

Qeyd edək ki, məhşur cütlük 2005-ci ildə hər kəsin maraqla izlədiyi "Aşka Sürgün" serialında tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə