Atasının ölümündən sonra səhnədən uzaqlaşdı

Atasının ölümündən sonra səhnədən uzaqlaşdı

Azərbaycanlı müğənni Coşqun Viləş uzun zamandır səhnədə görünməməyinin səbəblərini açıqlayıb. O, işindən uzaqlaşmağını atasının ölümü ilə bağlayıb. SİA-ya açıqlama verən ifaçı hazırda bir çox yeniliklər üzərində çalışdığını dilə gətirib: "Xeyli müddətdir ki, yaradıcılıq işləri ilə məşğul olmuram. Buna səbəb isə atamın dünyasını dəyişməsidir. Hazırda isə yeni albom üzərində çalışıram və baxımlı olan "Bacanaqlar" serialına dəvət olunmuşam. İnşallah, yay mövsümü üçün yeni mahnılar hazırlayacam. Hətta yeni klip də çəkdirməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə