Firuzə İbadova özünü sığortaladı

Azərbaycanın əməkdar artisti Firuzə İbadova narazı olduğu məsələlərdən söz açıb. O, efirlərdən uzaq qaçdığını dilə gətirib. SİA-ya açıqlama verən əməkdar artist hətta insanlardan belə çəkindiyini etiraf edib: "Ümumiyyətlə, xoşuma gəlməyən bir çox məqamlar var. Artıq efirlərdən kənar gəzirəm. Onu da deyim ki, insanlardan belə qorxuram. Çünki bəzi məsələləri görüb dərs götürməyə çalışıram. Odur ki, özümü hər şeydən sığortalayıram".

Əməkdar artist şou-biznesdən də danışıb: "Şou-biznes sözü təhlükəlidir. Çünki o sözün anlamında qorxulu məsələlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə