“İstanbul Shopping Fest 2013”

Bu gün "İstanbul Shopping Fest 2013" adlı konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə İstanbul Shopping Fest idarə heyətinin sədri Vahap Küçük, əməkdar artist Tünzalə Ağayeva, media mənsubları və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan Shopping Fest idarə heyətinin sədri Vahap Küçük konfrans haqqında ətraflı məlumat verib: " "İstanbul Shopping Fest 2013" keçən il olduğu kimi bu ildə Azərbaycanda keçirtdik. Burada olmağımızdan şərəf hissi duyuruq. Çünki biz bir millət, iki dövlətik. Onu da nəzərinizə çatdırım ki, axşam 20:30-da "TRT Akşam Səfası" proqramı keçiriləcək. Hər kəsi bu konsertə dəvət edirəm. Sözügedən konsert proqramı bir çox kanallarda canlı yayımlanacaq".

Daha sonra çıxış edən əməkdar artist Tünzalə Ağayeva türk millətini çox sevdiyini dilə gətirib: "Türkiyə mənim ikinci vətənimdir. Mən o, ölkənin vurğunuyam. Xüsusilə diqqətə çatdırım ki, konsertdə mən və dünyaca məhşur xanənda Alim Qasımov da iştirak edəcək".

Qeyd edək ki, mərasimdə Türkiyə ilə bağlı video çarx da izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə