Bu gün Yasin Həsənovun İtaliyadakı uğuruna görə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə gənc ifaçı Yasin Həsənov, jurnalist Tahirə, anası Rəna xanım, müəlliməsi Solmaz xanım, media nümayəndələri və başqaları iştirak edib.
Təqdimat mərasimini giriş sözü ilə açan media nümayəndəsi Tahirə səbəbkarın iştirak etdiyi müsabiqə haqqında ağız dolusu danışaraq informasiya verib: "Yasin çox bacarıqlı oğlandır. O, bu vaxtadək 11 mahnı yarışmasında iştirak edib. İndiki qalibiyyəti isə İtaliyada əldə edib. Onu 300 uşağın arasından seçərək birinci ediblər. Nəzərinizə çatdırım ki, sözügedən müsabiqə 4 turdan ibarət olsa da Yasin jurilər tərəfindən bəyənilərək finala seçilib".
Daha sonra söz alan Y.H anası Rəna xanım müsabiqədən öncə qarşılaşdığı problemlərdən də söz açıb: "Yasini həmin yarışmaya aparmaq fikrim yox idi. Buna səbəb isə maddi durumdan əziyyət çəkməyimiz idi. Oğlum İtalyada qalib gəldikdən sonra ona təklif etdilər ki, orada pulsuz 4 il oxuya bilər. Amma bizim buna imkanımız olmadığı üçün oğlumu oraya göndərə bilmədim. Buna görə də dövlətimizdən və imkanlı iş adamlarından Yasin Həsənova dəstək olmaqlarını rica edirəm".
Qeyd edək ki, tədbirin sonunda 13 yaşlı Yasin Həsənovun anası tərəfindən gizli çəkilən görüntülər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB