Sevinc qeyri-qanuni yolla ana olmaq istəyir

Sevinc qeyri-qanuni yolla ana olmaq istəyir

Azərbaycanlı müğənni Sevinc Ağaşirinova şəxsi həyatından danışıb. O, həyatında biri olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Sevinc sevdiyi şəxs olmasına baxmayaraq, yenidən gəlinlik kürsüsünə oturmayacağını dilə gətirib: "Ümumiyyətlə şəxsi həyatım haqqında informasiya verməyi sevmirəm. Amma deyə bilərəm ki, həyatımda çox sevdiyim biri var. Evliliyi isə düşünmürəm. Yenidən gəlinlik kürsüsünə də əyləşmək fikrim yoxdur. Xüsusilə qeyd edim ki, ana olmağı çox istəyirəm".

Qeyd edək ki, ifaçı Sevinc Ağaşirinova 1 dəfə ailəli olub, boşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə