Müğənni Rəqsanənin məclislərin birində libası ötən gün sosial şəbəkələrdə müzakirə edilib. Bəzi saytlar bu müzakirədən belə qənaətə gəliblər ki, Rəqsanə bu geyimini xalq artisti Aygün Kazımovanın "Türkiyə Musiqi Ödülləri" mükafatlandırma mərasiminə geyindiyi libasa oxşadıb. Qızı Aysunun əl işi olan bu paltarın, əslində oxşar olmadığını bildirən müğənni Rəqsanə məsələ ilə bağlı SİA-ya açıqlama verib: "Aysun bu geyimin dizaynını ötən ay düşünüb, son bir həftədə hazır edib. Məclislərə geyindiyim sonuncu ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətinin itirilməsini deyil, dəyər verilməsini istəyirəm. Sadəcə, hər iki paltarın parçasında oxşarlıq var".
Rəqsanə Aygün Kazımova ilə münasibətlərindən də söz açıb: "Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir".



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB