Bu gün azərbaycanlı müğənninin toyudur

Bu gün azərbaycanlı müğənninin toyudur

Bu gün "Qala" qrupunun solisti Ceyhun Əliyev özünə toy çaldıracaq. Bu haqda SİA-ya açıqlama verən Ceyhun xoşbəxt olduğunu dilə gətirib: " Bu gün mənim xoş günümdür. Çünki ailə həyatı quracam. Evlənəcəyim xanımın yəni Nailənin qətiyyən şou-biznes aləminə aidiyyatı yoxdur".

Bir şeyi də nəzərinizə çatdıraq ki, Ceyhun Əliyev toy dəvətnamələrinin üzərinə gəlinin adını yazdırmayıb. Bunun səbəbini ifaçıdan soruşduqda cavabı belə oldu: "Dəvətnamələrin üzərinə evlənəcəyim xanımın adının yazılmamasına səbəb atamın gələcək gəlininin adını dəqiq bilməməsi olub. Amma bəziləri elə hesab ediblər ki, bu gün ailə quracağım xanımın adını gizli saxlayıram".

Qeyd edək ki, 30 yaşlı solist Ceyhun Əliyevin toyunu dostları İlkin Həsəni və Elçin Cəfərov aparacaqlar.

Allah xoşbəxt eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə