Xuraman Şuşalı xınayaxdılara neçəyə gedir?

Xuraman Şuşalı xınayaxdılara neçəyə gedir?

Şou-biznesdən tamamilə uzaqlaşan Xuraman Şuşalını başqa sferadan izləyəcəyik. O, sənətini milli adətlərimizdən olan "Xınayaxdı" məclislərinin təşkilinə yönəltməklə, fəaliyyətinə bu şəkildə davam edəcək. X.Şuşalı hətta ictimaiyyətin bütün təbəqəsinin büdcəsini nəzərə alaraq həm biznesninin qiymətini, həm də münasib xidmət təklifini SİA-ya açıqlayıb: "Bildiyiniz kimi bir neçə müddətdir ki, şou biznesdən uzaqlaşmışam. Vaxtımı ailəmə, övladlarıma sərf edirəm. Məncə ən xeyirlisi də elə budur. Şou-biznesdən uzaqlaşmağıma baxmayaraq, yenə də sənətimi davam etdirirəm, yəni yüksək səviyyədə xınayaxdı - qadın məclisləri təşkil edirəm. Qadınlardan ibarət yaradıcı kollektivim var (ansambl, fotoqraf, operatorlar, rejissor, dizayner, hətta qadın ofisiantlar və.s...) Xalqımızın bu qədim adətini yüksək şəkildə nümayiş etdirirəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim təşkil etdiyim xınayaxdı məclisləri digər məclislərdən qeyri –adiliyi ilə fərqlənir. Fərqliliyin nədən ibarət olduğunu açıqlamayacam. Maraqlananlar dəvət edib, bunu əyani şəkildə görə bilərlər. Daha qiymətlər də əvvəlki kimi yüksək deyil. Əvvəllər yarım saatı 1500–2000 manata, bütöv məclisi 5000- 6000 manata idarə edirdimsə, hazırda bu qiymətlər tamam fərqlidir. Məclisi əvvəldən axıradək 1500–2000 manata aparıram. Düşündüm ki, 5000–6000 manata yalnız cəmiyyətin zəngin təbəqəsinin gücü çatır. Maddi baxımdan zəif insanlar isə həmişə bu qiyməti ödəmək imkanına malik deyil. Mən də bu vəziyyəti nəzərə alaraq qiymətləri kifayət qədər endirdim. Qoy, hamının məclisi arzuladığı səviyyədə keçsin".

Bütün xəbərlər Facebook səhifəmizdə