Ötən gün Rəşid Behbudov adına Mahnı teatrında Müasir və Sosial rəqslər Assosiasiyasının təşkilatçılığı ilə müxtəlif rəqslər, kateqoriyalar üzrə Azərbaycan çempionatı keçirilib. Yarışmanın ən gözlənilən anı hip hop janrında komandalar arasındakı yarış olub. SİA-nın verdiyi məlumata görə, gərgin keçən müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə 2013-cü ildə Bakı çempionu adını qazanan "Crazy Eyes" rəqs qrupu olub.
Xatırladaq ki, 7 nəfər gənc oğlandan ibarət olan "Crazy Eyes" qrupu ötən ilin dekabr ayında yaradılıb. Hazırda qrup beynəlxalq festival və yarışlarda iştirak etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB