Humay Qədimova konsert keçirəcək

Kiçik yaşlarından tar ifa etməyə böyük həvəs göstərən Humay Qədimova uzun illərin təcrübəsini böyük səhnədə göstərəcək. SİA-nın məlumatına görə, onun son illər bir neçə konsert proqramı keçirilib. Növbəti konsertini fərqləndirən cəhətləri çoxdur. Bilet satışı nəzərdə tutulmayan hesabat yönlü proqram incəsənətin tanınmış nümayəndələrinə təqdimat olaraq nəzərdə tututlub.

Humayın "Oxu tar" adlanan konsertinin proqramını hazırlamaqda müəllimi Malik Mansurov yardım olub. Onun rəhbərliyi ilə gənc musiqiçini "Naz-nazı" instrumental ansamblı müşayiət edəcək. Peşəkar musiqiçilər Şəhriyar Musayev (kamança), Aysu Sadıqova (qanun), Qalib Həşimov (ud) və Ramin Abdullayev (nağara) bu tərkibə daxildir.

Qeyd edək ki, konsert mayın 3-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləçək. Humay Qədimova çoxdan planlaşdırdığı konsert layihəsini məhz Ulu öndər Heydər Əliyevin yubileyi ərəfəsində keçirilməsini nəzərdə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə