Radio və ekrandan dalğalanan Ayan Babakişiyevanın tanqo üslubunda yeni mahnısına dinləyici marağı artmaqdadır. SİA-nın verdiyi xəbərə görə, "Sənin eşqin xəyanətdir" adlandırılan yeni kompozisiya maraqlı görüntülərlə tamamlanıb. Rejissor Asif Bafaoğlunun üzərində çalışdığı mahnının ekran görüntüsündə qrafika işi ön plandadır. Mini klip adlanan görüntülər Ayanın müxtəlif fotoları üzərində qurulub. Rejissor qrafika işini fəsillərə bölüb, eyni zamanda musiqi alətlərini də bu görüntülərə uyğunlaşdırmaqla fotoları tamamlayan maraqlı mənzərə yaradıb. Bu gözəlliyi görən Ayan hələ ki mahnıya klip çəkdirməyi düşünmür.
Mahnıdan sonra onun görəcəyi iş fotosessiyadan ibarətdir. İfaçı yazın əhval-ruhiyyəsinə uyğun fotosessiya düşünüb. Rejissor Asif Bafaoğlu onun fotosessiyasının qrafisti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB