Dünən müasir kinoteatr Park Cinema paytaxta ən böyük açılış meydançasını açıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bir sıra dövlət rəsmiləri, şou-biznes nümayəndələri, jurnalistlər və başqaları iştirak edib.
Gecəni idarə etmək isə Kamilə Babayevaya həvalə olunub.
Nəzərinizə çatdıraq ki, Park Cinemada 6 zaldan ibarət və eyni zamanda 1000-dən artıq tamaşaçı qəbulu nəzərdə tutulub. Tamaşaçılar həmçinin 3D və 3D HFR formatlarının effektlərindən zövq ala biləcəklər. Kinoteatr İspaniya istehsalı olan alovlanmaya davamlı və hipoallergen materiallarından hazırlanmış kreslolarla təchiz olunub.
Qeyd edək ki, Park Cinema biletlərin online sifarişi və alınması sistemini həyata keçirən ilk kinoteatrdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB