Azərbaycanlı rejissor Aqil M Quliyev dünən həbs edilib. Telekanalların birinin verdiyi məlumata görə, o, Xətai rayon məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.M.Quliyev məhkəmə zalında həbs olunub və rejissor cəzacəkmə müəssisəsinə göndərilib.
Zərərçəkmiş şəxsin şikayəti əsasında araşdırmalar aparılıb. Həmin pulun Aqil M.Quliyevdən tutularaq, şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Nəticədə rejissor həbs olunub.
Nəzərinizə çatdıraq ki, tanınmış rejissorun həbs olunmasına səbəb bir müddət bundan öncə Marianna Turabova adlı şəxsin hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirməsi olub.
Qeyd edək ki, Aqil M Quliyevin məhkəmə zalında həbs olunmasına onunla bir müddət birgə yaşayan Marinna Turabovanın qızı etiraz edib. O, "sevgilisinin" rejissorun həbs olunmasına razı olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB