Azərbaycanlı müğənni Elnur Məmmədovun yaradıcılığında yenilik var. Bu haqda müğənni şəxsi facebook səhifəsində dostları ilə paylaşıb: "Albom üzərində çalışıram. Yeni albomum digərlərindən fərqlənəcək. Lirik mahnılarımı remiks variantda təqdim edəcəm. İlk öncə planımızda ritmik mahnılardan ibarət albom hazırlamaq var idi. Amma sonra fikirləşdim ki, mən daha çox lirik bəstələrimlə sevilmişəm. Fikrimcə, mahnıların remiksi daha maraqlı olacaq. Tanınmış dj-lərdən biri ilə artıq razılığa gəlmişik. Albomdakı bütün mahnıların yenidən işlənmiş versiyasını məhz o hazırlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB