Son vaxtlar səs-sorağı Türkiyədən gələn müğənni Orxan Babazadə yaxın günlərdə Türkiyənin məşhur səs yarışması "Popstar Alaturka"da qonaq kimi çıxış edəcək. Bu barədə müğənni özü SİA-ya açıqlama verib: "Təklif Türkiyənin sənət babası Orxan Gəncəbaydan gəlib. Onunla tez-tez telefon əlaqəsi saxlayıram. Doğrudan da çox təvəzökar və gənclərə əl tutan bir sənətkardır. Türkiyədə hər kəs onunla hesablaşır. Hətta "Kral Müzik Ödülləri" zamanı da buna şahid oldunuz. "Popstar Alaturka" yarışmasının səhnəsində qonaq kimi 2 mahnı oxuyacağam. Biri Azərbaycan mahnısı digəri isə Orxan Gəncəbayın bəstəsi "Mevsim bahar olunca" mahnısı olacaq. Mahnı hazırda aranjimandadır. Səbirsizliklə hazır olmasını gözləyirəm".
İstanbul səfəri zamanı Türkiyənin məşhur müğənnisi Zinet Sali, bəstəkar-müğənni Toyqar İşıklı və "Muhteşem Yüzyıl"ın aktyorları ilə də görüşən Orxan bildirib ki, özünü serialların birində sınamaq fikirindədir: "Mənə hərdən deyirlər ki səndə aktyorluq potensialı daha güclüdür. "Möhtəşəm Yüzyıl"ın Bəhram Paşa rolunu canlandıram aktyor Adnan Koç mənə dedi ki, sənin cizgilərin məhz "Muhteşem Yüzyıl" serialına uyğundur. Hələlik seriala çəkilmək təklifi almamışam, amma belə bir təkliflə qarşılaşsam, bunu reallaşdırmağı düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB