Məhşurların pərdə arxası üzləri

Məhşurların pərdə arxası üzləri

"Addım" yaradıcı gənclər assosiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə Park Cinema Kinoteatrlar şəbəkəsində 31 may beynəlxalq tütün əleyhinə mübarizə gününə həsr olunmuş "No Smoking" film festival adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə Park Cinema VİP zalda mətbuat nümayəndələri ilə görüş keçirilib. Layihənin təşkilatçısı qismində çıxış edən xalq artisti Brilliant Dadaşova və digər tədbirin təşkilatçısı olan "Addım" yaradıcı gənclər assosiyasının təsisçisiləri qismində "Eurovision" mahnı yarışmasının qalibi Eldar Qasımov, Hüseyn Cavadzadə,Ülkər Qasımova, Murad Qasımov,Kamran Cavadzadə da iştirak ediblər. Mətbuat konfransında xalq artisti Brilliant xanım canfəşanlıqla siqaretin əleyhinə danışıb. Eldar Qasımov "Addım" yaradıcı gənclər assosiyasının gənclər üçün hazırladığı layihələrdən məlumat verib. Festivalın direktoru Hüseyn Cavadzadə mətbuat nümayəndələrinə bu kinofestivalın çox möhtəşəm keçiriləcəyini vəd verib.

Qeyd edək ki, festival siqaret əleyhinə çəkilən qısa metrajı filmlər müsabiqəsidir. Peşəkarlardan ibarət münsiflər heyyətinin seçəcəyi qaliblər 31 mayda gerçəkləşən möhtəşəm gala gecəsində Sony Xpreia androidləri və Antalyaya səyahət qazanacaqlar. Layihənin promo videosunda xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, şoumen Murad Dadaşov, müğənnilər Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Azəri qizi Günel, Elnur Məmmədov, meyxanaçı Namiq Qaraçuxurlu, teleaparıcı Səxavət Nur və başqaları çəkilib. Mətbuat nümayəndələri tərəfindən alqışlarla qarşılanan videonun digər sosial reklamlardan fərqi buradadır ki, iştirak edən məşhurlar özləri haqda xoşagəlməz fikirlər etiraf ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə