Tanınmış müğənni filmə çəkiləcək?

Tanınmış müğənni filmə çəkiləcək?

Dünya şöhrətli ulduz Jennifer Lopez rusiyalı rejissor Marius Weisbergin filminə çəkiləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, filmin ssenarisi hollivudsayağı sujet daşıdığına görə rejissor məşhur simalardan istifadə edib. Belə ki, filmdə kişi rollarını ifa etmək üçün Kevin Costner və Corc Clooney, qadın rolunu ifa etmək üçün isə Jennifer Lopez namizədlik irəli sürülüb.

Qeyd edək ki, Marius Weisbergin bir sıra filmləri geniş izləyici kütləsi qazanıb. Bunlardan "Любовь в большом городе", "Гитлер капут!", "Ржевский против Наполеона", "8 первых свиданий" və bir sıra digər filmləri misal göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə