Flora Kərimova: “Faiqlə heç vaxt barışmayacam”

Flora Kərimova: “Faiqlə heç vaxt barışmayacam”

Xalq artisti Flora Kərimova həmkarı Faiq Ağayev haqqında qalmaqallı açıqlamalar verib. Flora xanım Faiqin səsinin olmadığını deyib. Telekanalların birində danışan xanım Kərimova heç vaxt Faiq Ağayevlə barışmayacağını dilə gətirib: "Faiqlə heç vaxt barışmayacam. O insanın nə səsi, nə də sənəti var. Ancaq zamanında adıçəkilən dırnaq arası həmkarıma çox dəstək olmuşam. İndi ona görə məni qınayırlar ki, dəstək olduğum insanı pisləyirəm. Məni qınaq obyektinə çevirən insanlara demək istəyirəm ki, vaxtında dəstək olduğum insan gənc idi. Sadəcə olaraq özünü formalaşdıra bilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə