Xəbər verdiyimiz kimi aprel ayının 27-si Halil Sezai Bakıda konsert proqramı ilə çıxış edəcək. Amma bu xəbərin yalan olması ilə bağlı şayiələr yayılıb. Məsələyə aydınlıq gətirmək üçün Samir Xəttab SİA-ya açıqlama verib: "Şəhərdə bəzi adamlar qara piar məqsədi ilə "Sezai Bakıya gəlməyəcək, konsertin biletləri isə pulsuzdur"- deyə yalan informasiya yayıblar. Mən isə konsertin təşkilatçısı kimi bu məlumatın yalan olduğunu və biletlərin qiymətinin 25 -100 AZN arasında olduğunu demək istəyirəm. Onu da deyim ki, sözügedən konsertin digər qonaqları "Dostlar" qrupu Dj China, Dj Seym və DJ Razy Freeman olacaq".
Qeyd edək ki, konsert 27 aprel Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində "Sound Factory Arena"da keçiriləcək. Halil Sezainin konsertin təşkilatçısı Samir Xattab, layihənin rəhbəri isə Elşən Səfərsoydur. Halil Sezainin konsertinin aparıcıları isə Ramin İbrahimov və Günel Hümbətovadır.
Əlaqə:077 360 70 50, 055 227 05 98
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB