Hər zaman qalmaqallarla gümdəmləri fəth edən Əli Mirəliyev yenə ənənəsinə sadiq qaldı. Regional telekanalların birində açıqlama verən Əli şou-biznes nümayəndələrindən söz açdı: " Şou-biznesdə bir çox ifaçılar ola bilər. Amma yaxşı müğənnilər barmaqla sayılası qədərdir. Mənim fikrimcə Aygün Kazımovanın səsi yoxdur. Röyanın isə gözəl ifa tərzi və ürəyi var. O, müğənni kimi qəbul edirəm. Qaldı ki, dırnaq arası xalq artisti Səməd Səmədova o, heç ifaçı deyil. Ona xalq artisti adı yaraşmır".
Qalmaqallı sənətçi prodüsser (Tarix Əliyev) Tolikə onun haqqında xoşagəlməz sözlər danışdığına görə cavab verməyi də unutmadı: " Tolik axı kimdir ki, mənim oxumağım haqqında rəy bildirsin və söyləsin ki, guya mənim səsim yoxdur. Onun heç musiqidən xəbəri belə yoxdur. Getsin müğənnilərin çantasını daşısın".
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB