Cənubi koreyalı və "Gangnam Style" mahnısı ilə məşhurlaşan ifaçı PSY-ın yeni klipi dövlət televiziyasında göstərilməsinə qadağa qoyulub. SİA-nın verdiyi xəbərə görə, buna səbəb ifaçının klipində ictimai əmlaka zərər vurulduğunu göstərən süjetlərin olmasıdır. Daha bir səbəb isə müğənninin klipində yol hərəkət nişanını təpikləyərək rəqs etməsidir. Televiziya rəhbərliyi isə məsələyə bu cür şərh verib: "Keçmişdə də buna bənzər kliplərin yayımına qadağa qoymuşduq".
Qeyd edək ki, 35 yaşlı müğənninin klipi, video paylaşma saytlarında 24 saatda 20 milyon dəfə izlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB