Dünən axşam saatlarında Türkiyənin tanınmış müğənnisi Ebru Polad paytaxtımıza gəlib. SİA-nın məlumatına görə, prodüser Pərviz Əsgərovun təşəbbüsü ilə Bakıya gələn müğənni yaxın rəfiqəsi, gənc ifaçı Afaqın ilk albom təqdimatına təşrif buyurub.
Bakının dəbdəbəli otellərinin birində qalan Ebru vətənimizi ilk dəqiqələrindən bəyənib. Müğənni açıqlamasında bir neçə maraqlı məqama da toxunub: "Qardaş ölkədə olduğuma görə, özümü yad bir şəhərdə hiss etmirəm. Burada havalar İstanbuldan daha da soyuq olmasına baxmayaraq, insanların istiliyini elə təyyarədən enən kimi hiss etdim. Rəfiqəm Afaqın ilk albomunun təqdimatında iştirak etməklə yanaşı, şəhərinizi doyunca gəzməyi də planlaşdırıram. Bakıya sonuncu dəfə 4 il bundan öncə gəlmişdim. Şəhəriniz çox gözəldir".
Türkiyəli ulduz paytaxtımızda konsert proqramı ilə çıxış edəcəyini də istisna etmədi: "Bu dəfə konsert üçün gəlmədim. Sırf dostuma görə buradayam. Ancaq anons edim ki, yay aylarında Bakıda çıxış etməyi düşünürəm. Hazırda bir neçə ölkədə konsert turum var. Hər həftə ən azı iki konsert proqramı ilə çıxış edirəm".
Məlumat üçün bildirək ki, Ebru yerli sənətçilərimizdən xalq artisti Aygün Kazımovadan başqa heç kimi tanımadığını dedi: "Aygün Kazımovanı tanısam da, bir tək Afaqı dinləyirəm. Anons da etmək istəyirəm ki, hər kəs hazır olsun, çünki yerli şou-biznesə, maqazin dünyasına çox güclü bir səs gəlir".
"Afaq sizin gəlməyiniz üçün nə qədər qonorar ödəyib" sualına isə müğənni lap təəccübləndi: "Vay-vay, nə pul, nə danışırsınız? Mən əksinə, bura gəlmək üçün bir neçə konsertimi təxirə salıb, puldan vaz keçmişəm. Afaq mənim çox yaxın rəfiqəm və mən onu tək qoya bilməzdim".
Qeyd edək ki, Ebdu Poladın qatılacağı tədbir bazar ertəsi baş tutacaq. Mərasimdə yerli sənətçilərimiz də çoxluq təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB