Rəqsanənin anası əməliyyat olunacaq

Rəqsanənin anası əməliyyat olunacaq

Azərbaycanlı müğənni başı qalmaqallardan açılmayan Rəqsanə İsmayılova axtarışa verilməsi haqda telekanalların birində açıqlama verib. Sənətçi İnterpola verilməsi ilə bağlı xəbərlərin onun toy biznesinə mənfi təsir göstərdiyini deyib. Hazırda Moskvada olduğunu söyləyən xanım İsmayılova anasının yaxın bir neçə gündə əməliyyat olunacağını dilə gətirib: "Anam şəkər xəstəsidir. Onun əməliyyatına hazırlaşıram. Bu səbəbdən Azərbaycana gələ bilmirəm. Yalandan xəbər yayıblar ki, Rəqsanə İnterpol tərəfindən axtarışdadır. Əgər məni İnterpol axtarırdısa, necə Türkiyədən Rusiyaya gedib-gələ bilirəm? Toylara gedib, pul qazanıb, övladlarımı saxlayıram. Bu məsələdən sonra bütün toy sahibləri zəng edir ki, siz axtarışdasınız? Mənim işimə təsir edirlər".



Bütün xəbərlər Facebook səhifəmizdə