Əməkdar artist Elza Seyidcahanla müğənni Sevinc Ağaşirinovanın davası səngimədi. Telekanalların birində ünvanlarına xoşagəlməz sözlər deyən həmkarlar bir-birlərini "ağ yuyub, qara sərdilər". Sevinc özünü Elzaya oxşadaraq suyun altında yaşayan balıqlara konsert vermək istədiyini dilə gətirdi.
Qarşı tərəf isə Sevinc kimi müğənnini tanımadığını və özünü "uğur böcəyi" adlandırdı. Əməkdar artist sözlə dalaşan insanları ədəbsiz kimi qələmə verdi. O, hətta Sevinc Ağaşirinovanın adını ağzına almaq istəmədiyini və özünə rəqib görmədiyini qeyd etdi. Hətta Ağaşirinovanın şou-biznesdə heç vaxt qala bilməyəcəyini də xüsusi ilə vurğuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB