Bir daha səhnəyə qayıtmayacaq?

Bir müddətdir mediada görünməyən estradamızın ekstravaqant müğənnisi Samir Bağırov haqqında yayılan "bir daha səhnəyə qayıtmayacaq" xəbərlərinə aydınlıq gətirib.

SİA-ya açıqlama verən ifaçı məsələyə belə şərh bildirib: "Mən səhnəsiz yaşaya bilmərəm. Bunlar hamısı şayiədir. Səhnədən gedən olsaydım, Azərbaycanda niyə qalırdım? Amerikaya, anamın yanına gedərdim. Mən burdayam və hər şey yaxşıdır. Bəzi işlərim var idi, ona görə görünmürdüm. Qabaqcadan danışmaq fikrim yoxdur. Mən necə qayıdacağım haqqında da nəsə demək istəmirəm. Amma nəyin necə olacağını zamanla görəcəklər. Boş şayiələrə heç kim inanmasın. Səhnəyə yalnız solo ifamla qayıdaram. Heç kimlə də duet oxumaq fikirim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə