İlhamə Quliyeva oğluna toy etdi

Dünən paytaxt restoranlarının birində xalq artisti İlhamə Quliyeva oğlu Orxana toy edib. SİA-nın verdiyi xəbərə görə, xanım Quliyevanın oğlunun sevib-seçdiyi qızın adı Arifədir.

Gecəni idarə etmək şoumen Murad Dadaşovla müğənni Vasif Məhərrəmliyə həvalə olunub. Xalq artistini xoşbəxt günündə dövlət və hökumət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış şəxslər tək qoymayıb.

Qeyd edək ki, heç bir media nümayəndəsi restorana buraxılmayıb.

Allah xoşbəxt eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə