Saçını-saqqalını sənətinə qurban verdi

Saçını-saqqalını sənətinə qurban verdi

Uzun illərdir saçlı və saqqallı görməyə adət etdiyimiz opera müğənnisi Cahangir Qurbanov saçlarını qısa kəsdirib, saqqalını qırxıb. SİA-nın verdiyi xəbərə görə, ifaçının bu dəyişikliyi böyük əks-səda doğurduğundan bizim də marağımıza səbəb oldu.

C.Qurbanovun mətbuat xidməti ifaçının bu qədər dəyişməyinin səbəblərini açıqladı. O bildirdi ki, sənətçini bu addımı atmağa Daxili İşlər Nazirliyi vadar edib: "Bəli, Cahangirin sosial şəbəkədə paylaşdığı son şəkli çox əks səda doğurdu. Tanışlar belə təəccüblənmişdilər ki, görəsən Cahangir nəyə görə illərdir uzatdığı saçını-saqqalını kəsdi. Məsələ bundadır ki, Cahangir Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orkestrinin solistidir. DİN-in yubileyilə bağlı keçirilən konsertdə iştirak etdiyi üçün zabit forması geyindi və buna görə də neçə illərdir uzatdığı saçını və saqqalını kəsdirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə