İndi də üzünə makiyaj çəkdi

Qalmaqallı stilist (Samir Əliyev) Samiraldo yeni çəkdirdiyi fotosessiyası haqda danışıb. SİA-ya açıqlama verən stilist dəyişiklik etmək istədiyini dilə gətirib: "Bu fotoları çəkdirərək yenidən insanları təəccübləndirmək istədim. Həmin şəkillərdə makiyajdan istifadə etmişəm. Gözümə karandaş çəkərək üz cizgilərimi dəyişdirmişəm. İnanıram ki, məni sevənlər yeni görkəmimi və şəkillərimi bəyənəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə