“Türkiyədən musiqi mükafatı almaq üçün yaşayan insanlar var”

“Türkiyədən musiqi mükafatı almaq üçün yaşayan insanlar var”

Brilliant Dadaşova həmkarı Aygün Kazımovanın "bostanına daş atıb". O, A.Kazımovanın bir müddət öncə qatıldığı "Türkiye Müzik Ödülleri" yarışmasına dırnaq arası yanaşıb: " "Türkiye Müzik Ödülleri" yarışmasına nə yaxşı da həvəsləri var ki, qatılırlar. Mən bildiyim qədərilə orada çağırmaqla deyil. Dəvətnamə göndərirlər. Əgər məndə həmin müsabiqədə iştirak etmək istəsəm Türkiyədə dostlarım çoxdur. Onu da deyim ki, sənətimi sübut etmək üçün heç bir sənəd parçasına ehtiyac görmürəm. Nəyə görə Türkiyəyə gedib, mükafat almalıyam? Bu mənə lazım deyil. Amma bunun üçün yaşayan insanlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə