Xalq artisti oğlunun toyuna Briliant Dadaşovanı dəvət etmədi

Xalq artisti oğlunun toyuna Briliant Dadaşovanı dəvət etmədi

Hər həftə Lider Tv-də yayımlanan "Klip parad" verilişinin bu dəfə ki, qonağı xalq artisti Nazpəri Dostəliyeva olub. Müğənni veriliş zamanı yeni "Dur gedək" klipinin təqdimatını da edib. Xanım Dostəliyeva həmkarı İlhamə Quliyeva ilə olan qalmaqalına açıqlama gətirib, hətta digər həmkarı Brilliant Dadaşovanı oğlunun toyuna dəvət etmədiyinin səbəblərini də açıqlayıb. Nazpəri gənc müğənnilərin özlərini ona oxşatmaları məsələsinə də münasibət bildirib: "Bəzən məni hind aktrisası Xema Maliniyə bənzədirlər. Mən həmin aktrisanın vurğunuyam, onun çəkildiyi "Zita və Gita" filminə 35 dəfə baxmışam. Xalq artisti Nazpəri Dostəliyevanın veriliş zamanı daha nələr dediyini bu gün "Klip parad"-da biləcəksiniz.

Nəzərinizə çatdıraq ki, Lider Tv-də yayımlanan "Klip parad" verilişinin aparıcısı Elşad Süleymanov, prodüsseri Pərviz Oqtayoğlu, layihə rəhbəri isə Nail Naiboğludur. Sözügedən veriliş bu gün 16:45-də yayımlanacaq.

Qeyd edək ki, " Klip parad" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə