Təranə Qumral məsələni ört-basdır etdi

Təranə Qumral məsələni ört-basdır etdi

Neçə gündür ailə problemləri ilə gündəmdə qalan Təranə Qumral və Musa Musayev cütlüyünün barışdıqları xəbəri yayılmışdı. SİA-nın verdiyi xəbərə görə, Təranə keçmiş əri ilə barışdığını və gecə -səhərə kimi bir yerdə olub dərtləşdiklərini demişdi.

Daha sonra məlumatın yalan olduğu söylənildi. Məsələyə aydınlıq gətirmək üçün xanım ifaçı ilə telefon əlaqəsi yaratdıq. Təranə söhbəti təkzib etmədi. Amma sənətçinin sözlərindən bəlli oldu ki, o, artıq haqqında deyilən sözlərə görə narahatdır və yalan danışaraq "ört-basdır" etmək istəyir.

Nəzərinizə çatdıraq ki, Təranə Qumral və Musa Musayev 3 il bundan öncə boşanmalarına baxmayaraq eyni evdə yaşayırdılar. Bir neçə gün bundan öncə M. Musayevin keçmiş arvadı Təranə Qumralı şəmkirli biznesmen kişi ilə eyni yataqda tutduğuna görə ayrılıb. Bu barədə hazırda bağ evində qalan Musa Musayev özü məlumat verib.

Qeyd edək ki, dırnaq arası şəxsi həyatları ilə gündəmdə qalmağı bacaran cütlüyün artıq bu hərəkətləri insanları əsəbiləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə