Xəbər verdiyimiz kimi, aprelin 27-si Halil Sezai Bakıda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, konsertin xüsusi qonaqlarından olan Səbuhi Hamletoğlu Halil Sezainin ən populyar mahnısını "İsyan"ı milli üslubda sazla ifa edəcək. Konsertin digər qonaqları "Dostlar" qrupu Dj China,Dj Seym və DJ Razy Freeman olacaq.
Qeyd edək ki, konsert 27 aprel Bakıda Elit Ticarət və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində "Sound Factory Arena"da keçiriləcək. Konsertin təşkilatçısı Samir Xattab, layihənin rəhbəri isə Elşən Səfərsoydur. Halil Sezainin konsertinin aparıcıları isə Ramin İbrahimov və Günel Hümbətovadır.
Əlaqə:077 360 70 50, 055 227 05 98
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB