Cəmiyyətin tanıdığı iki məhşur insanın Sərdar Cəlaloğlu və Vaqif Səmədoğlunun mübahisəsində müğənni Rəqsanənin adının hallandırılması sənətçini danışmağa vadar edib. SİA-ya açıqlama verən müğənni narazılıq edib: "Əvvəla qeyd edim ki, ötən gün adımdan yazılan açıqlamanın sonluğunda guya mən hər iki şəxsi hədələmişəm. Jurnalistin yazdığı "Elə etməyin ki..." ifadəsi mənə yox, müəllifin özünə məxsusdur. Bu situasiyada adımın çəkilməsinə gəlincə, bir qadın olaraq, hər iki kişiyə bunu ayıb bilirəm. Bu söhbətdə mən yoxamsa, adımı niyə çəkməlidirlər? Hədələmək ifadəsi mənə aid olmadığı halda, rezonans doğurur. Adımın aidiyyatı olmayan mövzularda hallandırılmasına icazə vermirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB