Boşanan cütlük barışdı ?

Neçə gündür Təranə ilə Musa Musayevin ayrılmaları xəbəri media aləmində və insanlar arasında səs-küy yaradıb. Deyilənlərə görə, şou-biznesin "Leyli və Məcnunu" olan bu cütlük 3 il bundan əvvəl boşanıb. Sadəcə olaraq birgə yaşayırmışlar. Rəsmən ayrıldıqdan sonra yenə də birlikdə yaşamağa davam edən Təranə və Musa cütlüyü bir-birlərini təhqir edərək yollarını ayırıblar. Buna səbəb isə Musanın həyat yoldaşı Təranəni yataq otağında biznesmen kişi ilə tutması olub. O, hətta arvadını ov tüfəngi ilə vurmaq istəyib.

Məsələ ilə bağlı hər iki tərəfin rəyini öyrəndik. Təranə Qumral olanları təkzib edərək yalan olduğunu söylədi: "Mən Musa ilə 3 il bundan öncə boşanmışam. Sadəcə olaraq, uşağım atasız qalmasın deyə bir evdə yaşamışıq. Eyni zamanda da birgə fəaliyyət göstərirdik. Qaldı ki, mənim ondan başqa kimləsə əlaqə də olmağıma elə bir şey ola bilməz. Çünki mən ondan başqa heç kimi sevməmişəm. Hələ də onu sevirəm. Onu da nəzərinizə çatdırım ki, onun ailəsi və özü ilə bağlı problemləri var idi. Qardaşları və anası rahat yaşamağımıza icazə vermirdi. Eyni zamanda da ondan pul istəyirdilər. Mən isə Musaya pul verməyəndə mübahisələrimiz olurdu. Onun küllü miqdarda borcları var idi. Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. Artıq onun bu hərəkətləri məni canımdan etmişdi. Ona görə də M.Musayevlə ayrılmaq qərarına gəldim. O, isə mənim bu qərarımla razılaşmayaraq biabır edəcəyini söylədi. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı".

Qarşı tərəf yəni Musa Musayev olanlar haqda açıqlama verdi: "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, daha məni sevmir".

Hazırda Musa Musayevlə Təranə Qumralın münasibətlərinin yaxşı olduğunu öyrəndik. Deyilənlərə görə, onlar dünən axşam barışaraq söhbətləşiblər".

Qeyd edək ki, Təranə Qumralın 2 nəvəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə