Azərbaycanlı rəqqasə Fatimə Fətəliyevanın sərxoş halda görüntüləri yayılıb. SİA-nın verdiyi xəbərə görə, rəqqasə əməkdar artist Firuzə İbadova, Ramal İsrafilov və başqa şou-biznes nümayəndələri ilə birgə Moskvada yaşayan azərbaycanlı iş adamının övladının toy məclisində iştirak edib. Rəqqasə məclisdə "Zita və Gita" hind filmindən Gitanın sərxoş vəziyyətdə mahnı oxuduğu səhnəni canlandırıb. Həvəskar tərəfindən çəkilmiş videoçarx "Youtube"a yerləşdirilib.
Rəqqasə Fatimə isə onun haqqında yayılan şayiəyə qəzəblənib. O, Moskvada el məclislərinin birində ("Zita və Gita" hind filmindən) Gitanın sərxoş vəziyyətdə mahnı oxuduğu səhnəni canlandırmasından sonra yayılan söz-söhbətlərə münasibət bildirib: "Mən rəqqasəyəm. Səhnədə hər hansı bir obrazı canlandırıb, oynaya bilərəm. El məclisində və ya hər hansı bir səhnədə sərxoş obrazını canlandırmağım, mənim də sərxoş olduğum anlamına gəlmir. Niyə bəzi insanlar hər şeydən şou düzəltmək istəyirlər? Haqqımda boş– boş danışanlar bilsinlər ki, mən məşədi xanımam. Tanıyanlar da bilir ki, içən deyiləm. Məni kiminləsə səhv salmasınlar".
Həmin görüntünü sizlərə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB